Türkiyə NATO-nun həyati əhəmiyyətli tərəfdaşıdır.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni deyib.
“Türkiyə ilə ticarət əlaqələrimizi dərinləşdirmək üçün bir sıra imkanlarımız var. Mən bu müzakirələri Prezident Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkda başlatmışam. Müdafiə və nüvə əməkdaşlığı kimi məsələləri də əhatə edə biləcək bu müzakirələri davam etdirməyi planlaşdırırıq”,- deyə Baş nazir əlavə edib.
Elmin Alışov