Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Kuba prezidenti: ABŞ ilə dialoqa hazırıq
dünya

Kuba prezidenti: ABŞ ilə dialoqa hazırıq

06-02-2026 08:00 13 Views
IMG

Kuba prezidenti Migel Diaz-Kanel ölkəsinin suverenliyə və öz müqəddəratını təyinetmə hüququna hörmət əsasında ABŞ ilə dialoqa hazır olduğunu bildirib.


Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.


Diaz-Kanel ABŞ hökuməti ilə immiqrasiya, təhlükəsizlik, narkotik qaçaqmalçılığı, terrorizmə qarşı mübarizə, ətraf mühit məsələləri və elmi əməkdaşlıq kimi məsələləri müzakirə etməyə açıq olduqlarını vurğuladı, lakin ölkəsinin daxili işlərinə müdaxilə edilməməli olduğunu şərtləndirdi.


Elmin Alışov