Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya və Ermənistan arasında növbəti iclas bu tarixdə baş tutacaq
dünya

Rusiya və Ermənistan arasında növbəti iclas bu tarixdə baş tutacaq

05-02-2026 19:00 13 Views
IMG

Rusiya və Ermənistan parlamentlərarası komissiyasının növbəti iclası mart ayında keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko danışıb.

 

O, Federasiya Şurasının sədri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyanla görüşün yekunlarına dair məlumat verib və parlamentlərarası komissiyanın işindən razı qaldığını qeyd edib. Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında ticarət-iqtisadi əməkdaşlıq çox yüksək səviyyəyə çatıb. Respublikanın xarici ticarətinin təxminən 33 faizi Rusiyanın payına düşür.

 

Matviyenko bildirib ki, bu illər ərzində Rusiya biznesi tərəfindən Ermənistana 4 milyard dollardan çox investisiya yatırılıb, ölkədə 40 layihə həyata keçirilir: “Bu, gələcək inkişaf üçün böyük planlarımızın olduğunu göstərir. Ona görə də parlament dialoqu olmadan, düşünürəm ki, bu mümkün deyil”, - deyə o vurğulayıb.

 

Aysel Şirinova