Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Dünənki havaya görə bir nəfər öldü
turizm

Dünənki havaya görə bir nəfər öldü

05-02-2026 11:00 20 Views
IMG

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb.

 

Bu barədə "Tvit.az"a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı (qadın) Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı (qadın) və 53 yaşlı (kişi) şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

 

Hava şəraiti ilə əlaqədar 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.