2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycandan xaricə 144,2 milyon ABŞ dolları dəyərində xurma ixrac olunub.
Tvit.az xəbər verir ki, bununla da xurma ixracında 30,5 milyon ABŞ dolları dəyərində və ya 26,82% artım müşahidə olunub.
2024-cü ilin eyni dövründə xaricə ixrac olunan xurma 113,7 milyon ABŞ dolları dəyərində olub. 2025-ci ilin dekabr ayında isə xaricə ixrac olunan xurmanın dəyərində 9,3 milyon ABŞ dolları dəyərində və ya 34,31% artım olub.
Belə ki, bu müddətdə xaricə 36,4 milyon ABŞ dolları dəyərində xurma ixrac olunub, bu göstərici 2024-cü ilin eyni dövründə 27,1 milyon ABŞ dolları idi.(valyuta)