Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm İmişlidə yanğın - Xəsarət alan var
turizm

İmişlidə yanğın - Xəsarət alan var

03-02-2026 11:00 19 Views
IMG

İmişli şəhərində köməkçi tikilidə yanğın baş verib.

"Tvit.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, İmişli şəhərində ümumi sahəsi 100 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 250 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.