Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb
siyasət

Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb

02-02-2026 20:00 28 Views
IMG

"Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

 

Tvit.az xəbər verir ki, imzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.

 

Bundan başqa, Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

 

Dövlət başçıları bu sənədlərin iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.