Qazaxıstan həbsxanalarında dron istehsalına başlanılıb.
Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Qazaxıstanın Aqmolinsk vilayətinin Arşalı qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsində dron istehsalına hazırlıq aparılır.
Bildirilib ki, söhbət sadəcə “konstruktordan” getmir, istehsal tam dövr üzrə həyata keçiriləcək. Həbsxanada artıq anqar təmir olunub və zəruri istehsal avadanlıqları quraşdırılıb.
Aysel Şirinova