Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Qarabağ”ın yolunu səbirsizliklə gözlədiyi yeni legioner Bakıya gəldi - SON DƏQİQƏ
sport

“Qarabağ”ın yolunu səbirsizliklə gözlədiyi yeni legioner Bakıya gəldi - SON DƏQİQƏ

02-02-2026 14:00 29 Views
IMG

“Qarabağ”ın yeni transferi Azərbaycana gəlib.

Aldığımız məlumata görə, Jeremi Qnali hazıda Bakıdadır.

“AEK Larnaka”dan dəvət olunan fransalı bu gün tibbi baxışdan keçəcək.

Sol cinah müdafiəçisinin sağlıq durumunda problem aşkarlanmasa, onunla uzunmüddətli müqavilə imzalanacaq.

Kipr təmsilçisi Azərbaycan klubundan gələn təklifi qənaətbəxş hesab edib.

AEK-də sol cinah müdafiəçisi mövqeyi üçün daha iki alternativin (Anxel Qarsiya və Xayro İskierdo) olması onun ölkəmiə transferini asanlaşdırıb.

23 yaşlı Qnali bu mövsüm Larnaka komandasının heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb.(sportinfo)