Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır
siyasət

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

30-01-2026 22:00 20 Views
IMG

Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulmasını alqışlayır.

 

Tvit.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya departamentinin bəyanatında bildirilib.


"İrəvan və Bakı Azərbaycan ərazisi vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitumun dəmiryol vasitəsilə tranziti barədə razılığa gəliblər. Bu, iki qonşu ölkə arasında iqtisadi münasibətlərin normallaşmasına doğru daha bir addımdır – biz bu inkişafı alqışlayırıq", - bəyanatda qeyd edilib.

 

Daha əvvəl yanvarın 27-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvan və Bakının Azərbaycan vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitum tədarükü barədə razılığa gəldiyini bildirib.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin oktyabrında Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistana tətbiq edilmiş yük tranzitinə məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul etmişdi. O vaxtdan bu istiqamətdə birbaşa və tranzit dəmiryol daşımaları həyata keçirilir.


Azərbaycanın neft məhsullarının ilk partiyası 2025-ci ilin dekabrında Ermənistana göndərilmişdi və 1220 ton AI-95 markalı benzin təşkil edib, ikinci və üçüncü partiyalar isə müvafiq olaraq yanvarın 9-u və 10-u çatdırılıb.