Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Yalçın Rəfiyev BMT-nin Bakıdakı müvəqqəti rezident əlaqələndiricisi ilə görüşüb
siyasət

Yalçın Rəfiyev BMT-nin Bakıdakı müvəqqəti rezident əlaqələndiricisi ilə görüşüb

22-01-2026 20:00 23 Views
IMG

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi "X" sosial şəbəkəsində bildirib.

 

Qeyd olunub ki, danışıqlar İ.Qarafuliçin Azərbaycanda müvəqqəti rezident əlaqələndiricisi kimi fəaliyyətinin ilk günlərində baş tutub və nəzakət görüşü xarakteri daşıyıb.

 

"BMT-nin Azərbaycandakı bütün komandası "WUF13Azerbaijan" və digər mühüm hadisələr ərəfəsində Azərbaycan hökumətinə və xalqına birgə dəstək göstərməyə hazırdır", - paylaşımda qeyd edilib.