Azərbaycan hakimiyyəti tərəfindən dörd erməniəsilli şəxsin Ermənistana təhvil verilməsini alqışlayırıq.
Tvit.az xəbər verir ki, bu barədə Fransa xarici işlər nazirliyi bəyanat yayıb.
“2026-cı il yanvarın 14-də baş tutan bu təhvil-təslim 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş sammitdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində formalaşan dinamikanın konkret nəticəsidir.
Sülh Müqaviləsinin imzalanması və ratifikasiyası bu prosesi tamamlamağa imkan verəcək”, - bəyanatda vurğulanıb.