Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Ceyhun Bayramov özbək həmkarı ilə danışdı
siyasət

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

29-12-2025 21:00 19 Views
IMG

Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

 

Tvit.az xəbər verir ki, bu barədə Bəxtiyar Saidov Teleqram kanalında məlumat verib.

 

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmimi və məhsuldar telefon danışığı apardıq. 2025-ci ildə Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dinamik inkişafını böyük məmnuniyyətlə qeyd etdik. Əldə olunmuş razılaşmaların icrasına birgə sadiqliyimizi təsdiqlədik", - Saidov qeyd edib.