Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi
sosial

Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi

20-12-2025 14:00 17 Views
IMG

Həbsdə olan meyxanaçı Rəşad Dağlı vəfat edən meyxanaçı Ağakərimin məzarına əklil göndərib.

"Tvit.az" xəbər verir ki, əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yazılıb.

 

Mərhum meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağa qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.