Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Atəşkəsdən sonra Qəzzada ölənlərin sayı açıqlandı
dünya

Atəşkəsdən sonra Qəzzada ölənlərin sayı açıqlandı

16-12-2025 17:00 23 Views
IMG

 Qəzza zolağında təxminən 400 fələstinli İsrail ordusunun 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəsi pozması nəticəsində öldürülüb.

Tvit.az xəbər verir ki, bunu Fələstin hərəkatı Həmasın politbürosunun üzvü Qazi Hamad bildirib.

"Atəşkəs qüvvəyə minəndən bəri təxminən 400 nəfər ölüb. Ölənlərin 95%-dən çoxunun mülki şəxslər olduğunu izah etmək vacibdir," - deyə o, qeyd edib.

Onun sözlərinə görə, Qəzza hakimiyyəti İsrail tərəfinin əldə etdiyi razılaşmaların pozulması ilə bağlı təxminən 813 hadisə qeydə alıb. 

Aysel Şirinova