Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Telefonu gecə şarjda saxlamaq zərərlidirmi?
siyasət

Telefonu gecə şarjda saxlamaq zərərlidirmi?

15-12-2025 23:00 52 Views
IMG

İllərdir telefonları gecə boyu şarjda saxlamağın batareyaya zərər verdiyi deyilir. Bu fikir keçmişdə qismən doğru olsa da, müasir smartfonlar üçün vəziyyət artıq fərqlidir.

Gecə yatmazdan əvvəl telefonu şarj cihazına qoşmaq bir çox istifadəçi üçün adi vərdişdir. Səhər isə tam dolu batareya ilə oyanmaq rahatlıq yaradır. Bununla belə, “telefonu gecə şarjda saxlamaq batareyaya ziyan vururmu?” sualı hələ də aktuallığını qoruyur.

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bildirir ki, yeni nəsil smartfonlarda bu risk əvvəlki illərlə müqayisədə xeyli azalıb. Müasir telefonlarda lityum-ion batareyalar istifadə olunur və bu batareyalar ağıllı enerji idarəetmə sistemləri ilə təchiz edilib. Batareya 100 faiz dolduqda cihaz elektrik axınını avtomatik olaraq dayandırır.

Bu səbəbdən telefon səhərə qədər prizdə qalsa belə, həddindən artıq şarj prosesi baş vermir və batareyanın zədələnməsi ehtimalı minimuma enir. Şarj səviyyəsi bir qədər azaldıqda isə sistem “damlama şarjı” adlanan çox zəif enerji axını ilə balansı qoruyur.

Lakin əsas risk şarj müddəti deyil, temperatur amilidir. Telefon şarj zamanı müəyyən qədər isinməsi normaldır, amma cihazın yastıq altında, yorğan içində və ya istiliyi saxlayan qalın örtüklə şarj edilməsi istiliyin xaricə çıxmasına mane olur.

Yüksək temperatur batareyanın daxili kimyəvi quruluşunu tədricən zəiflədir və bu, pil ömrünün qısalmasına səbəb olur. Bu səbəbdən telefon gecə şarja qoşularkən sərt, sərin və hava alan səthdə, məsələn, tumba üzərində saxlanmalıdır.

Aysel Şirinova