Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Azərbaycanda təbii qaz hasilatı artıb
iqtisadiyyat

Azərbaycanda təbii qaz hasilatı artıb

12-12-2025 16:00 35 Views
IMG

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 46,451 milyard kubmetr təbii qaz (qaz kondensatı daxil olmaqla) hasil edilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hasilat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 418 milyon kubmetr və ya 0,9 faiz çox olub.

Ötən ilin ilk on bir ayında təbii qaz hasilatı 46,033 milyard kubmetr təşkil edib.

Hesabat dövründə 35,508 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 392 milyon kubmetr və ya 1,12 faiz çoxdur.

Ötən ilin ilk on bir ayında 35,115 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdi.

Qeyd etmək lazımdır ki, hesabat dövründə mədənçıxarma sənayesində ümumi istehsal həcmi 34,8 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azdır.