Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Polis yağışlı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
sosial

Polis yağışlı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

10-12-2025 21:00 28 Views
IMG

Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq, Bakı və Sumqayıt şəhərləri, eləcə də Azərbaycanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Bildirilib ki, intensiv şəkildə davam edən yağışla bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər.

 

Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Küçə və prospektlərdə polisin müşayiəti ilə təhlükəsizlik tədbirləri davam edir.