Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport "Sumqayıt" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib
sport

"Sumqayıt" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib

04-12-2025 21:00 10 Views
IMG

Azərbaycan Kubokunda 1/4 finala yüksələn növbəti komanda bəlli olub.

 

Tvit.az xəbər verir ki, 1/8 finalda I Liqa təmsilçisi "Difai"yə 3:1 hesabı ilə qalib gələn "Sumqayıt" növbəti raunda adlayıb.

 

Bölgə təmsilçisi yarımfinala gedən yolda "Zirə" ilə qarşılaşacaq.

 

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah""İmişli"ni (2:1), "Qarabağ" "Karvan-Yevlax"ı (3:0), "Qəbələ" isə "Şəfa"nı (2:1) məğlub edib.