Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Keçmiş səfir yeni vəzifəyə təyin olundu
siyasət

Keçmiş səfir yeni vəzifəyə təyin olundu

03-12-2025 18:00 26 Views
IMG

Bu ilin oktyabr ayında Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Gürsel İsmayılzadə yeni vəzifəyə təyin olunub.

"Tvit.az" xəbər verir ki, eks-səfir Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya Baş İdarəsinin rəisi təyin edilib.

G.İsmayılzadə 2011-2019-cu və 2020-2025-ci illərdə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, tanınmış alim, arxeoloq Qüdrət İsmayılzadənin oğludur.