Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi həbs olundu
turizm

Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi həbs olundu

02-12-2025 13:00 62 Views
IMG

"TikTok"da açdığı canlı yayımda cəmiyyətə qarşı açıq hörmətsizlik edən şəxs məsuliyyətə cəlb olunub.

Tvit.az qafqazinfo-ya istinadla xəbər verir ki, Tovuzda yaşayan 1975-ci il təvəllüdlü Füzuli rayon sakini Eldar Rzayevin (ad şərtidir) canlı yayım zamanı nalayiq ifadələr işlətməsi ilə bağlı tədbir görülüb.

O, canlı yayıma ağır dərəcəli sərxoş vəziyyətdə çıxıb və cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən qeyri-etik paylaşımlar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək məhkəməyə göndərilib.

Rzayev izahatında hərəkətlərindən peşman olduğunu desə də, məhkəmənin qərarına əsasən ona 25 sutka inzibati həbs verilib.

Həbs edilən şəxs "N" saylı hərbi hissədə mühəndis vəzifəsində işləyir.