Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan güləşçiləri Rusiyada keçirilən turnirlərdə 6 medal qazanıblar
sport

Azərbaycan güləşçiləri Rusiyada keçirilən turnirlərdə 6 medal qazanıblar

01-12-2025 21:00 61 Views
IMG

Azərbaycan güləşçiləri Rusiyada keçirilən 2 ənənəvi yarışda 6 medal qazanıblar.

 

Tvit.az xəbər verir ki, Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turnirində təmsilçimiz Maqomedxan Maqomedov ilk dəfə özünü 125 kq-da sınayıb.

 

Onun yeni çəkidəki debütü uğurlu alınıb və bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Xasavyurt isə Şamil Umaxanov turnirinə ev sahibliyi edib. Yığma üzvlərindən Murad Yevloyev (74 kq), Ali Tsokayev (86 kq) və Osman Nurmaqomedov (97 kq) gümüş, Qadjimurad Omarovla (74 kq), Muxammad Qantemirov (125 kq) isə bürünc medal qazanıb.