Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya OPEC+ ölkələrinin 2026-cı ildə kompensasiya miqdarı açıqlandı
dünya

OPEC+ ölkələrinin 2026-cı ildə kompensasiya miqdarı açıqlandı

01-12-2025 13:00 66 Views
IMG

OPEC+ ölkələri 2025-ci ilin noyabrından 2026-cı ilin iyununa qədər aylıq olaraq neftin artıq istehsalını 221 min bareldən 832 min barelə qədər kompensasiya edəcəklər.

Tvit.az xəbər verir ki, bu barədə OPEC katibliyinin İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Omandan aldığı yenilənmiş kompensasiya planlarında bildirilir. 

Məlumata əsasən, həcmin böyük hissəsi (83 mindən 669 min barelə qədər) Qazaxıstanın payına düşəcək. 

Cədvələ görə, noyabr ayında kompensasiya həcmi sutkada 221 min barel, dekabrda 272 min barel olacaq və daha sonra 2026-cı ilin iyununda sutkada 832 min barelə qədər aylıq artacaq.

Aysel Şirinova