Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Niderland Ukraynaya sursat və hava müdafiəsi üçün 250 milyon avro ayıracaq
dünya

Niderland Ukraynaya sursat və hava müdafiəsi üçün 250 milyon avro ayıracaq

01-12-2025 13:00 59 Views
IMG

Niderlandlar ABŞ ehtiyatlarından silah alınmasına imkan verən PURL təşəbbüsü vasitəsilə Ukraynaya əlavə olaraq 250 milyon avroluq hərbi yardım paketi ayıracaq.

Tvit.az xəbər verir ki, bunu Niderlandın müdafiə nazirinin səlahiyyətlərini icra edən Ruben Brekelmans bəyan edib.

O, Brüsseldə Aİ müdafiə nazirlərinin görüşü ərəfəsində deyib:
“Bu gün Ukrayna üçün PURL vasitəsilə 250 milyon avro ayırdığımı elan edirəm. Bu, çox qısa müddətdə HHM üçün daha çox sursat, həmçinin F-16-lar üçün sursat və ABŞ ehtiyatlarından digər materialları əldə etməyin yeganə yoludur.”

Aysel Şirinova