Rusiya və Səudiyyə Ərəbistanı 1 dekabrda iki ölkə vətəndaşları üçün vizaların qarşılıqlı ləğvinə dair saziş imzalayacaqlar.
Tvit.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Al Səud Rusiya-Səudiyyə biznes forumunda məlumat verib.
“İndi biz, iki hökumət olaraq, vətəndaşlarımızın iki ölkə arasında vizasız, sərbəst şəkildə səyahət etməsinə icazə vermək qərarına gəldik və bu sazişi bu gün imzalayacağıq”, - deyə o bildirib.
Aysel Şirinova

