Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport “Qarabağ”ın rəqibinin matçı yarımçıq dayandırıldı
sport

“Qarabağ”ın rəqibinin matçı yarımçıq dayandırıldı

01-12-2025 12:00 71 Views
IMG

Futbol üzrə Niderland çempionatının XIV turunda keçirilən "Ayaks" - "Qroningen" matçı yarımçıq dayandırılıb.

"Tvit.az" xəbər verir ki, buna azarkeşlərin “Amsterdam Arena”da təşkil edilən matçda meydana fişəng və digər alışqan maddələr atması səbəb olub.

Baş hakim 13-cü dəqiqədə matçı dayandırıb. Qarşılaşma dekabrın 2-də azarkeşsiz baş tutacaq.

Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən biridir. Ağdam klubu bu komandanı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.