Venesuela Donald Trampın Venesuelada və onun ətrafında hava məkanının tamamilə bağlanacağını elan etməsindən sonra suverenliyin pozulmasını əsas gətirərək Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət edib.
Tvit.az xaroci KİV-ə istinadən xəbər verir ki, bunu Venesuelanın nəqliyyat naziri Ramon Velasquez deyib.
“Belə bir hərəkət Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 17-ci Əlavəsində ağır cinayət kimi müəyyən edilən qeyri-qanuni müdaxilədir. Çünki bu, yalan məlumat yaymaqla aviasiya əməliyyatlarının təhlükəsizliyinə təhlükə yaradır”,- deyə nazir bildirib.
Elmin Alışov