Dağıstan ərazisində PUA-ya hücum təhlükəsi elan edildi.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Diqqət, Dağıstan Respublikasının ərazisinə PUA hücumu təhlükəsi, Moskva vaxtı ilə 20:04. Mümkün olsa, evdə qalın. Pəncərəsiz, möhkəm divarlı otaqlarda sığının, pəncərələrə yaxınlaşmayın," - xəbərdarlıqda deyilib.
Departament mobil internetin işləməsində mümkün fasilələr barədə xəbərdarlıq edib.
Aysel Şirinova