Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Honq Konqda yanğında ölənlərin sayı artdı
dünya

Honq Konqda yanğında ölənlərin sayı artdı

28-11-2025 08:00 87 Views
IMG

Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Tai Po rayonunda 8 mənzilli kompleksdə baş verən yanğında ölənlərin sayı 94-ə çatıb.


Tvit.az xəbər verir ki, bu barədə Honq Konq yanğınsöndürmə idarəsi məlumat yayıb.


İndiyədək yanğında biri yanğınsöndürən də daxil olmaqla 94 nəfərin öldüyü, 11 yanğınsöndürən də daxil olmaqla 76 nəfərin yaralandığı bildirilib.


Elmin Alışov