Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Meta dələduzluq reklamlarında əldə etdiyi gəlirə görə araşdırmaya cəlb oluna bilər
dünya

Meta dələduzluq reklamlarında əldə etdiyi gəlirə görə araşdırmaya cəlb oluna bilər

25-11-2025 23:00 22 Views
IMG

ABŞ senatorları Meta-nın yüksək riskli dələduzluq xarakterli reklamlar vasitəsilə böyük məbləğdə gəlir əldə etdiyi iddialarından sonra Federal Ticarət Komissiyası (FTC) və Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) rəsmi araşdırma aparılması üçün müraciət ediblər.

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, iddialara əsasən, Meta cəmi 6 ay ərzində bu tip reklamlardan təxminən 16 milyard dollar qazana bilər. Bildirilir ki, 2024-cü ilin ümumi reklam gəlirlərinin 10%-ə qədəri məhz dələduzluq məzmunlu reklamların payına düşüb.

Senatorların sözlərinə görə, belə reklamların böyük hissəsi xaricdə fəaliyyət göstərən kiber cinayətkar qruplar tərəfindən yerləşdirilir. Meta isə məlumatları təkzib edir və son 18 ayda dələduzluqla bağlı şikayətlərin 58% azaldığını bildirir.

Bu iddialar Meta-nın reklam təhlükəsizliyi siyasətlərini yenidən gündəmə gətirib. Ekspertlər platformaların istifadəçi təhlükəsizliyi və etik reklam prinsiplərinə daha ciddi nəzarət etməsi lazım olduğunu vurğulayırlar.