Böyük Britaniyanın Müdafiə Nazirliyi yeni Ajax zirehli döyüş maşınlarının hərbçilər arasında eşitmə problemi yaratdığına görə istifadəsini dayandırıb.
Tvit.az xəbər verir ki, "Financial Times" müdafiə nazirliyinin sözçüsünə istinadən yazıb.
Qeyd edilib ki, bu qərarı ABŞ dövlət katibinin müdafiə məsələləri üzrə müavini Lyuk Pollard ehtiyat tədbiri kimi qəbul edib.
Bildirilib ki, fasilə iki həftə qüvvədə olacaq. Ötən həftə sonu zirehli texnika ilə təlimdən sonra 30-a yaxın hərbçi eşitmə problemindən şikayətlənib. Onlardan bəziləri tibbi yardım tələb ediblər.
Aysel Şirinova