Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan millisinin 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
sport

Azərbaycan millisinin 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

24-11-2025 22:00 46 Views
IMG

Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatı davam edir.

 

Tvit.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.

 

55 kq-da Amin Məmmədzadə 1/8 finalda Friha İsmail Maqraovi (İspaniya) ilə döyüşüb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qor Ayvazyanla (Gürcüstan) qarşılaşacaq.

 

Tağı Nəsibov (60 kq) da ilk döyüşündən qalib ayrılıb. Təmsilçimiz 1/8 finalda Yakub Krzpyetdən (Polşa) üstün olub – 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28). O, növbəti görüşündə Qavin Ryanla (İrlandiya) üz-üzə gələcək.

 

Nəsibov yarımfinal uğrunda sabah, Məmmədzadə noyabrın 26-da rinqə çıxacaq.

 

Qeyd edək ki, Avropa çempionatı noyabrın 29-da başa çatacaq.