Portuqaliya yığmasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kristiano Ronaldo Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Tvit.az xəbər verir ki, bu barədə "San" nəşri məlumat yayıb.
Bildirilib ki, görüş bu gün baş tutacaq.
Məlumatda qeyd olunub ki, Ronaldo 2017-ci ildən ABŞ-da olmayıb.