Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan karateçisi İslamiadanın qalibi oldu
sport

Azərbaycan karateçisi İslamiadanın qalibi oldu

12-11-2025 21:00 13 Views
IMG

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

 

Tvit.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada türkiyəli Eda Eltamurla üz-üzə gəlib. Rəqibini 5-3 hesabı ilə məğlub edən İ. Zaretska İslamiadanın üçqat qalibi olub.

 

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram) və Roman Heydərov (kata) VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.