Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Yol qəzası svetoforu yararsız hala saldı
turizm

Yol qəzası svetoforu yararsız hala saldı

12-11-2025 17:00 19 Views
IMG

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib.

"Tvit.az" xəbər verir ki, qəza nəticəsində nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb, piyada svetoforuna isə zərər dəyib.

İlkin ehtimala görə, hadisə sürücü diqqətsizliyi səbəbindən baş verib.

Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforların yenisi ilə əvəz edilməsi işləri həyata keçirilir.