Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla, Natiq Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Xatırladaq ki, Balakənin sabiq icra başçısı İslam Rzayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir neçə gün əvvəl həbs edilib.