Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət İlham Əliyev Türkiyə Prezidentinə zəng edib
siyasət

İlham Əliyev Türkiyə Prezidentinə zəng edib

11-11-2025 18:00 16 Views
IMG

Noyabrın 11-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

 

Tvit.az xəbər verir ki, dövlət başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

 

Türkiyə Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

 

Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.