Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Rusiya və Şimali Koreya arasında körpü tikilir
OTHER

Rusiya və Şimali Koreya arasında körpü tikilir

10-11-2025 23:00 12 Views
IMG

Primorsk diyarında Tumannaya çayı üzərindən Rusiya ilə Şimali Koreya arasında körpü tikiləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə "Nyusvik" qəzeti məlumat yayıb.

 

Məlumata görə, çay Rusiya ilə Şimali Koreya arasında təbii sərhəddir:

 

"Yol körpüsünün təxminən beş kilometr uzunluğunda olması planlaşdırılır. Tikinti təxminən 110 metr aparılıb, həm Rusiya, həm də Şimali Koreya tərəfində dayaqlar quraşdırılıb".

 

Şimali Koreya üzrə ekspert Frederik Şpor qeyd edib ki, KXDR ilə yol əlaqəsinin yaradılması Rusiyaya ticarət gəmilərinin antirusiya sanksiyaları siyahısına salınması riskini azaltmağa kömək edəcək.