Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü
siyasət

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

06-11-2025 19:00 19 Views
IMG

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan NATO nümayəndə heyətini qəbul edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çex, Portuqaliya, İspaniyanın NATO-dakı daimi nümayəndələri, eləcə də ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

 

Görüşdə Azərbaycan və NATO əməkdaşlıq gündəliyinin əsas aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Azərbaycan Ermənistan sülh prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

 

İşğal tarixi, postmünaqişə dövründə bölgədə mövcud təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Ceyhun Bayramov, Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə səfirlərə məlumat verib.

 

Bununla yanaşı, bölgədəki mina təhdidi diqqətə çatdırılıb.

 

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.