Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Ermənistan nümayəndələri Azərbaycana gedəcək - Qriqoryan
siyasət

Ermənistan nümayəndələri Azərbaycana gedəcək - Qriqoryan

03-11-2025 18:00 29 Views
IMG

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana cavab səfər edəcəklər.

 

Tvit.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

 

O qeyd edib ki, bu il oktyabrın 21-22-də ilk dəfə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri İrəvana səfər ediblər:

 

"Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin də yaxın vaxtlarda Azərbaycana cavab səfəri gözlənilir”.