 
 Ceyhun Bayramov Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşüb.
"Tvit.az" xəbər verir ki bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.
Nazirlər siyasi dialoq, iqtisadi və humanitar tərəfdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Macarıstan ikitərəfli əməkdaşlığının cari gündəliyi barədə fikir mübadiləsi aparıblar.
Tərəflər, eyni zamanda, regional hadisələri müzakirə ediblər və iki dost ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər.
 
   
   
   
   
   
   
   
   
    
   
   
   
   
   
   
  