Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm İstanbulda vəkilin qətlini sifariş verməkdə şübhəli bilinən azərbaycanlı Moskvada saxlanıldı
turizm

İstanbulda vəkilin qətlini sifariş verməkdə şübhəli bilinən azərbaycanlı Moskvada saxlanıldı

30-10-2025 23:00 19 Views
IMG

İstanbulda sui-qəsd nəticəsində öldürülən vəkil Serdar Öktemin qətlini sifariş verməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb.

 

Tvit.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılan "Alican Çakır" ləqəbli Əli Gülmalızadədir.

 

Türkiyə mətbuatı onun Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Onun oktyabrın 23-də keçirilmiş xüsusi əməliyyat zamanı Rusiya paytaxtında saxlanıldığı bildirilir.

 

Gülmalızadənin Türkiyəyə ekstradisiyası üçün müvafiq prosedura başlanılıb.

 

Xatırladaq ki, Öktem oktyabrın 6-da İstanbulun Şişli rayonunda avtomobilində silahlı hücuma məruz qalıb.