Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan və Qazaxıstan birgə investisiya fondu yarada bilər - EKSKLÜZİV
siyasət

Azərbaycan və Qazaxıstan birgə investisiya fondu yarada bilər - EKSKLÜZİV

30-10-2025 15:00 25 Views
IMG

Azərbaycan və Qazaxıstan arasında birgə müəssisələrin və özəl investisiya fondlarının yaradılması imkanları müzakirə olunur.

Bunu "Report"a açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Ayjan Bijanova bildirib.

Onun sözlərinə görə, bu sahədə hər iki ölkənin marağı mövcuddur:

"Azərbaycanın investisiya fondunun gəncləri françayzinq sahəsində dəstəkləməsi diqqətimizi çəkir. Bizim də sahibkarların ideyalarını kiçikdən böyüyə yetişdirərək onları xarici bazara çıxarmaqla məşğul olan bir qurumumuz var. Əgər bu iki mexanizmi birləşdirsək, ortaq layihə formalaşdıra bilərik," – deyə A. Bijanova vurğulayıb.

Nazir müavini həmçinin Azərbaycanın təqdim etdiyi dövlət proqramlarının rəqəmsal monitorinqi və videoqiymətləndirmə sisteminin də Qazaxıstan üçün aktual olduğunu qeyd edib: "Bu sahədə də əməkdaşlıq imkanları görürük və birgə işləməyə hazırıq".