"Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur. Bu, təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir".
"Tvit.az" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur: "Bu problemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun".