Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Vüqar Qurbanovdan həkim çatışmazlığı ilə bağlı etiraf
sosial

Vüqar Qurbanovdan həkim çatışmazlığı ilə bağlı etiraf

30-10-2025 13:00 34 Baxış
IMG

"Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur. Bu, təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir".

"Tvit.az" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur: "Bu problemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun".