Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Direktorların vatsap qrupunda qalmaqal
turizm

Direktorların vatsap qrupunda qalmaqal

29-10-2025 12:00 26 Views
IMG
Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyev Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib.
 
Teleqraf-ın əldə etdiyi məlumata görə, İ.Mehdiyev həmkarını onun şərəf və ləyaqətini alçatmaqda, işgüzar nüfuzunu ləkələməkdə ittiham edib.
 
Tərəflərin mübahisəsi isə mediasiya təşkilatının rəhbərlərinin daxil olan vatsap qrupunda başlayıb.
 
 
Məhkəmədə ifadə verən N.Hüseynzadə bildirib ki, 2025-ci ilin yanvar ayında Y.Abdullazadə adlı şəxs ona müraciət edərək ərinin və özünün Yevlax rayon qeydiyyatı olmasına baxmayaraq, Bakı mediasiya təşkilatından ona sənəd gəldiyini bildirib. Vətəndaşın bununla bağlı şikayət edib və İlham Mehtiyevin rəhbəri olduğu Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoruna Yevlax rayonuna aid işi icraatına götürdüyü üçün töhmət verilib.
 
Bundan sonra N.Hüseynzadə qrupda İlham Mehdiyevi "sənəd oğrusu”, "saxta arayış verən” adlandırıb.
 
Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadə 1000 manat məbləğində cərimə edilib.