Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Naxçıvanda avtomobil məktəblini vurub
turizm

Naxçıvanda avtomobil məktəblini vurub

28-10-2025 23:00 28 Views
IMG

Naxçıvan şəhərində məktəblinin avtomobil tərəfindən vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 74-BA-017 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil piyada zolağında hərəkətdə olan Kəngərli rayonunun Xok kənd sakini, 2010-cu il təvəllüdlü Həsənli Aydan Elşən qızını vurub.

 

Xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.