Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Türkiyə XİN başçısının müavini Hacıyev və Xələfovla görüşdü
siyasət

Türkiyə XİN başçısının müavini Hacıyev və Xələfovla görüşdü

28-10-2025 21:00 22 Views
IMG

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.

 

Bununla yanaşı, türkiyəli diplomat Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla da görüşüb.

 

Görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri müzakirə olunub.