Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sport Azərbaycan güləşçiləri dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar
sport

Azərbaycan güləşçiləri dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar

22-10-2025 22:00 16 Views
IMG

Azərbaycan yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar.

 

Tvit.az xəbər verir ki, təmsilçilərimizdən Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirova (UWW) 3:2 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb.

 

Ruslan Nurullayev (72 kq) isə üçüncü yer uğrunda görüşdə ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə üstələyərək bürünc medal əldə edib.

 

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən Ziya Babaşov (63 kq) dünya çempionu olmuşdu.