Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu halda işçinin iş keyfiyyəti aşağı olur - Exspert
sosial

Bu halda işçinin iş keyfiyyəti aşağı olur - Exspert

13-08-2025 15:00 107 Baxış
IMG

Məzuniyyətə çıxmayan işçinin iş keyfiyyəti çox aşağı olur.

Tvit.az-ın xəbərinə görə bu barədə İnsan resursları üzrə konsultant İlkin Mirzəzadə danışıb.

 "Burada 2 faktor var. Birincisi budur ki, işçi özü məzuniyyətə çıxmaq istəmir. Bu halda çox da iş keyfiyyətinə dəhşətli təsiri olmur. Ancaq sırf şirkət tərəfindən buraxılmırsa burada iş keyfiyyətinə çox təsiri olur. Çünki işçi artıq tükənmişlik sendromuna girir və işlərini lazımi keyfiyyətdə görməməyə başlayır, - deyə o, bildirib.

Eskpert  şirkətlərə işçilərin özləri çıxmasalar belə şirkət onları məcburi şəkildə məzuniyyətə çıxartmalarını tövsiyə edib:

"Düzdür, qanunvericiliyimizdə məcburi şəkildə məzuniyyət yoxdur, ancaq işçilərdən bunu xahiş eləyib öz hesablarına çıxara bilərlər. Çünki, hər bir işçi mütləq surətdə il ərzində həmin o məzuniyyətdən istifadə etsinlər ki, işə daha yaxşı fokuslana bilsin və hər şey qaydasında olsun".

Elmin Alışov